Fasad Təmizliyi

Binanın xarici görünüşü ilk təəssürat baxımından olduqca önəmlidir. Zamanla toz, yağış ləkələri, hava çirkliliyi və digər amillər səbəbilə binanın fasadı öz parlaqlığını itirə bilər. CaspianClean olaraq sizə təhlükəsiz, peşəkar və effektiv fasad təmizliyi xidmətləri təqdim edirik.
Xidmətimizə müxtəlif növ binaların şüşə, alüminium, daş və digər materiallardan olan fasadlarının xüsusi avadanlıqlar və təhlükəsizlik qaydalarına uyğun şəkildə yuyulması daxildir. Təcrübəli komandamız yüksək mərtəbəli binalarda da problemsiz və təhlükəsiz xidmət göstərir.
Fasad təmizliyi ilə binanız yenidən parlaq, təmiz və baxımlı görünəcək. Göz oxşayan və peşəkar görünüş üçün CaspianClean-a güvənin!


