Villa Təmizliyi

Villalar geniş sahələri və fərqli interyer-eksteryer strukturları ilə xüsusi yanaşma tələb edir. CaspianClean olaraq sizə fərdi planlaşdırılmış və yüksək keyfiyyətli villa təmizliyi xidmətləri təqdim edirik.
Xidmətlərimizə otaqların dərin təmizliyi, döşəmələrin silinməsi, mebellərin tozunun alınması, mətbəx və sanitar qovşaqların gigiyenik təmizlənməsi, pəncərə və şüşə səthlərin parladılması, eyvan və həyət sahələrinin təmizlənməsi daxildir. Yeni köçməzdən əvvəl və ya periodik olaraq villanızın parlaq və rahat görünməsi üçün xidmət göstəririk.
Gigiyenik və zərif yanaşmamızla evinizdə təmizlikdən doğan rahatlığı hiss edin. Hər müştəriyə fərdi yanaşma və peşəkar dəstək əsas prinsiplərimizdəndir.


