pəncərə təmizliyi

Təmir sonrası pəncərə təmizliyi
Yeni tikilmiş və ya təmir olunmuş binalarda pəncərələrin üzərində boya, sement qalıqları, yapışqan izləri və toz çox olur. Bu mərhələdə biz xüsusi vasitə və alətlərlə pəncərə şüşələrini, çərçivələri və pervazları zədələmədən, diqqətlə təmizləyirik.
Tikinti və təmir sonrası çətin ləkələrin çıxarılması
Zədələnməyə qarşı xüsusi qoruma tədbirləri
Professional alət və təmizləyici vasitələrdən istifadə
Yaşayışlı binalarda pəncərə təmizliyi
Fəaliyyətdə olan mənzillər, ofislər və obyektlərdə pəncərə təmizliyi zamanı həm təhlükəsizlik, həm də ətrafdakı əşyaların qorunması bizim üçün prioritetdir. Evinizə və ofisinizə zərər vermədən, içdən və çöldən pəncərələr yüksək keyfiyyətlə təmizlənir.
İç və çöl səthlərin mütəmadi təmizliyi
Sürətli, təhlükəsiz və səssiz xidmət
Yaşayışa mane olmadan görülən işlər



